İstanbul: 1 may nümayişində 207 nəfər saxlanıb
Çap edildi
İstanbulda 1 may Beynəlxalq Əmək Gününü qeyd edən nümayişçilərin Taksim meydanına yürüşü minlərlə polis tərəfindən dayandırlıb.
Səhər saat 5-dən etibarən polis, Taksim meydanına gedən yolları kəsib. 1 may günü şəhərdə ümumiyyətlə 30 min polis işçisi vəzifə başında olub.
Taksim meydanı baryerlərlə bağlanıb və bir çox nəqliyyat yolları kəsilib.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images
İstanbul Valiliyi yerli vaxtla saat 13:38-dən etibarən 207 nəfərin saxlandığını deyib.
Valilik polis təhlükəsizlik əməliyyatında 40 molotov kokteylinin, 17 əl bombasının və 176 fişəngin aşkar edildiyini deyib.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, DHA

Şəklin mənbəyi, DHA





















