Moskva birjasında dolların məzənnəsi 69 rubla çatıb

Рубли
Çap edildi

Bu 2016-cı ilin aprelindən bu yana maksimal məzənnədir. Rubl ABŞ tərəfindən gözlənilən sanksiyaların və Rusiya Mərkəzi Bankının valyuta alışını bərpa etməsi fonunda ucuzlaşır.

Mərkəzi bank artıq avqustun 23-də valyuta alışını dayandırdığını bəyan edib.

Cümə axşamı dolların rubla qarşı məzənnəsi yenidən yüksəlməyə başlayıb və günorta bu rəqəm 69 rubla çatıb. Bu, 2016-cı ilin 5 aprelindən bu yana maksimium məzənnədir.

Avro isə 79,75 rubla qədər qalxıb. Rubl son iki gün ərzində dollara qarşı hiss ediləcək dərəcədə ucuzlaşdığı kımı, avroya qarşı da ABŞ tərəfindən gözlənilən yeni sanksiyaların və Rusiya Mərkəzi Bankının valyuta alışının bərpası fonunda ucuzlaşır.

Mərkəzi bank rublun düşməsinə kömək etdi

Cümə axşamı səhər rublun ucuzlaşmasını o cümlədən "Maliyyə Nazirliyinin maraqları dairəsində Mərkəzi Bankın valyuta müdaxilələrini artırması" da gücləndirib.

Bu barədə "Uralsiba" bankının iqtisadçıları öz hesabatlarında qeyd ediblər. Rusiya Mərkəzi Bankı Maliyyə Nazirliyi üçün valyutanı "büdcə qaydaları" çərçivəsində - neftdən əldə olunan daha yüksək gəlirlər sayəsində alır.

Avqustun 9-da Mərkəzi Bank rubl ucuzlaşdığına görə, valyuta alışını dayandırıb. Avqustun 21-də tənzimləyici alışı bərpa edib və onun həcmi 17,5 milyard dollar təşkil edib.

Rublun ucuzlşaması fonunda Mərkəzi Bank cümə axşamı yenidən valyuta alışı əməliyyatlarını müvəqqəti olaraq dayandırılmasına qərar verib. Bu məlumatdan sonra Rusiya valyutasının məzənnəsi möhkəmlənməyə başlayıb və dollar 68, 22 dollar təşkil edib.

"Bu qərar pul hökumətlərinin fəaliyyət proqnozlarının yüksəldilməsi və maliyyə bazarlarının qeyri-sabitliyini azaltmaq məqsədilə qəbul edilib", - deyə tənzimləyicinin məlumatında deyilir.

Burdan belə nəticə çıxır ki, valyuta alışı sentyabrın sonuna qədər dayandırılıb. Əməliyyatların bərpası barədə qərar bazardakı vəziyyətdən asılı olaraq qəbul ediləcək.

"Ekspert RA"nın baş iqtisadçısı Anton Tabaxın fikrincə, Mərkəzi Bankın Milli Rifah Fondunu təchiz etmək üçün valyuta alışı inkişaf edən ölkələrin valyutasının ucuzlşaması fonunda rublun zəifləməsinə əlavə təkan verib.

Sanksiyalar rublı yıxdı

İqtisadçılar yaxın aylar ərzində rublun təzyiq altında olacağnı gözləyirlər. İnvestorlar və iqtisadçılar gözləyirdilər ki, ABŞ administrasiyası Böyük Britaniyada Sergey və Yuliya Skripalın zəhərlənməsiylə əlaqədar avqustun 22-dən etibarən Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edəcək.

Lakin yeni sanksiyalar elan edilmədi. Baxmayaraq ki, rubl ABŞ administrasiyası tərəfindən "rəsmən sərbəst buraxılmasını gözləməsə də", bazardakı əhval-ruhiyyə olduca əsəbvericidir, Rosbank-ın iqtisadçısı öz hesabatında belə yazıb.

Nordea bankı isə sanksiyalarla bağlı vəziyyətin gərginləşməsi ucbatından rublun hazırkı zəif səviyyədə hələ çox qalacağını gözləyir.

Bundan başqa, bankın hesabatına əsasən vəziyyət təkcə Skripal işiylə bağlı sanksiyalara görə deyil, ABŞ-ın yeni sanksiyalar tətbiq etmək ehtimalı ilə də ağırlaşa bilər.

Avqustun əvvəlində Konqressə "cəhənnəmdən gələn sanksiyalar" adlandırılan qanun layihəsi təqdim edilib. Avqustun 21-də ABŞ Senatında dinləmələr keçirilib və amerikalı qanunvericilər Rusiyaya qarşı sanksiya tədbirlərinin genişləndirilməsini dəstəkləyiblər.

ABŞ Senatındakı çoxluğun lideri Mitch Mcconnell-in sözlərinə görə, "cəhənnəmdən gələn sanksiyalar" paketi sentyabrda nəzərdən keçirilməyəcək.

Nordea bankı təhlilçilərinin fikrincə, bu, bazarda qeyri-müəyyənliyə gətirib çıxaracaq, dolların məzənnəsi isə 69 rubl səviyyəsində olacaq.

Bankın proqnozuna görə, rublun itkiləri yalnız ilin sonunda, amerikalı qanunvericilər Rusiyaya qarşı yeni məhdud tədbirlərin tətbiq edilməsi planını müəyyən etdikdən sonra qayıtmağa başlayacaq.

Rusiya valyutası inkişaf etmiş ölkələrin valyutalarının sırasında geridə qalıb. Bu barədə hesabatında qeyd edən "Uralsiba" bunu "sanksiya şəfəqi" ilə əlaqələndirib.