Ermənistanda hərbi təyyarə qəzaya uğrayıb

Şəklin mənbəyi, KAREN MINASYAN
Çap edildi
Ermənistan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcı döyüş təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Maralik yaşayış məntəqəsi yaxınlığında dağlarda qəzaya uğrayıb.
"Təyyarənin düşdüyü yer müəyyən edilib. Pilotlar - podpolkovnik Armen Babayan və mayor Movses Manukyan həlak olublar", - Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi bu gün yerli vaxtla saat 10:06-da hərbi təlim uçuşu üçün Gümri aeroportundan havaya qalxdıqdan 14 dəqiqə sonra SU-25 döyüş təyyarəsinin radarlardan itdiyini bildirmişdi.





















